Xəbərlər

Yaponiyada istidən 18 nəfər ölüb

İyulun 28-dən avqustun 3-dək Yaponiyada 9500-dən çox insan gün vurması səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan 18-i dünyasını dəyişib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin fövqəladə xidmətlər həyata keçirən yanğınsöndürmə idarəsi məlumat yayıb.

Həmin şəxslərdən 225-i üç həftədən çoxdur ki ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İstivurma keçirənlərin təxminən 58%-i 65 yaşdan yuxarıdır.

Yaponiyada iyun ayından həddindən artıq isti hava hökm sürür. Avqustun 5-də İsaki şəhərində kölgədə 41,8 dərəcə isti qeydə alınıb. Bu, 19-cu əsrin ikinci yarısından bəri aparılan elmi hava müşahidələrinin bütün dövrü üçün mütləq rekorddur.