Yaponiyanın Naqasaki prefekturasının sahillərində təcili yardım helikopterinin dənizə düşməsi nəticəsində 3 nəfər ölüb, ekipajın digər 3 üzvü isə sağ qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Verilən məlumata görə, pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülür.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.



