Xəbərlər

Yaponiyanın Baş naziri ABŞ-a səfər edəcək

“Yaponiyanın Baş naziri Şiqeru İşiba Yaponiyanın tariflərlə bağlı mövqeyini ABŞ prezidenti Donald Trampa çatdırmaq üçün yaxın vaxtlarda ABŞ-a səfər etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya hökumətinin başçısı parlamentin büdcə komitəsində deputatların suallarını cavablandırarkən bildirib.

“Amerika tərəfi ilə davamlı olaraq müxtəlif səviyyələrdə danışıqlar aparırıq. Lazım gələrsə, mən şəxsən Trampla danışıqlar aparacağam, lakin bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib”, – Baş nazir vurğulayıb.