Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları ilə bağlı problemi həll etmək üçün Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“İki dövlətin liderlərinin böyük mənzərəni görmələri və bir-birlərinə öz mövqelərini açıq şəkildə bildirmələri çox vacibdir”, – məlumatda bildirilib.