Xəbərlər

Yaponiyanın Baş naziri Malayziya və İndoneziyaya səfər edəcək

“Yaponiyanın Baş naziri Şiqeru İşiba yanvarda Malayziya və İndoneziyaya səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.

“Əgər şərait imkan verərsə, Baş nazir İşiba yanvarın 9-dan 12-dək Malayziya və İndoneziyaya səfər edəcək”, – Hayaşi əlavə edib.

Səfərin məqsədi açıqlanmayıb.