Xəbərlər

Yaponiyanın hakim partiyalarının rəhbərlikləri son 7 ildə ilk dəfə Pekinə səfər edib

Yaponiyanın hakim partiyalarının 12 nümayəndəsindən ibarət nümayəndə heyəti “Yaponiya və Çinin Hakim Partiyaları arasında Mübadilə Şurası”nın 2018-ci ildən bəri keçirilən ilk iclasında iştirak etmək üçün Pekinə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RİA Novosti” NHK telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, üç gün davam edən səfərdə nümayəndə heyətinə Yaponiya Liberal Demokratik Partiyasının (LDP) baş katibi Hiroşi Moriyama və Komeito Partiyasının baş katibi Makoto Nişida rəhbərlik ediblər.

Görüşlərdə tərəflər Çinin Yaponiya dəniz məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasını, casusluq ittihamı ilə saxlanılan Yaponiya vətəndaşlarının azad edilməsini, Şimali Koreyanın raket buraxılışları və ikitərəfli gündəmdə olan digər məsələləri müzakirə edəcək.