Xəbərlər

Yaponiyanın yeni Baş naziri ilk xarici səfərini Laosa edəcək

Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasının (ASEAN) sammitində və Şərqi Asiya Sammitində (EAS) iştirak etmək üçün oktyabrın 10-12-də Laosa səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Baş katibinin müavini Keyiçiro Taçibana keçirdiyi mətbuat konfransında bildirib.

Bu, İşibanın yeni hökumət başçısı kimi ilk xarici səfəri olacaq.