Xəbərlər

Yaroşenko: Nə Tramp, nə də Harris Rusiya ilə münasibətlərdə yaxşı heç nə vəd etmir

“ABŞ prezidentliyinə hər iki namizəd Donald Tramp və Kamala Harris Rusiya Federasiyası ilə münasibətlərin yaxşılaşdırılması məsələlərində yaxşı heç nə vəd etmir, lakin Donald Trampın mövqeyi Kamala Harrisin mövqeyindən daha adekvat görünür”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyası İctimai Palatasının üzvü Konstantin Yaroşenko deyib.

“ABŞ seçkilərində Prezident xalq tərəfindən deyil, xüsusi seçicilər tərəfindən seçilir. ABŞ-da sadəcə olaraq prezident seçilmək mümkün deyil. Mən Amrika vətəndaşı olsaydım, bu məsələdə daha adekvat olardım və Trampa səs verərdim. Bundan əlavə, o, əvvəllər çox yaxşı tezislər səsləndirdi – NATO-nun sponsorluğunun azaldılması, bütün müharibələrin dayandırılması vəs. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının vətəndaşları qərar verməli, Birləşmiş Ştatlarda konstitusiyanı və bütün bu seçki sistemini dəyişdirməlidirlər”, – Yaroşenko bildirib.