Xəbərlər

Yaşar Gülərlə iranlı həmkarı arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.