“Yeni Zelandiya Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol tərəfindən avqustun 15-də təqdim edilən Koreya yarımadasının birləşdirilməsi doktrinasını dəstəkləyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson Seulda Yoon Seok-yeol ilə birgə mətbuat konfransında bildirib.
“Yeni Zelandiya Koreya Respublikasının 15 avqust tarixli Birləşdirmə Doktrinasının nüvə silahı olmayan azad, dinc, firavan, vahid Koreya yarımadasına nail olmaq məqsədini dəstəkləyir”, – Baş nazir qeyd edib.