Yeni Zelandiya Hizbullah hərəkatını terror təşkilatları siyahısına daxil edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “New Zealand Gazette” nəşri məlumat yayıb.
“Terrorla Mübarizə Aktına uyğun olaraq, Hizbullah hərəkatı Yeni Zelandiyada terror təşkilatı kimi tanınır. Husilər üsyançı hərəkatı, eləcə də bir sıra digər birliklər, o cümlədən Somalidə yerləşən radikal islamçı Əş-Şəbab (Gənc Mücahidlər Hərəkatı) və KPKK terrorçular siyahısına daxil edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Yeni Zelandiya HƏMAS hərəkatını da terror təşkilatı kimi tanıyıb.