Yeni Zelandiya Rusiya Federasiyasına qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-dək uzadıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Yeni Zelandiya hökuməti Rusiyaya qarşı 2025-ci il martın 17-də başa çatmalı olan sanksiyaları daha üç il müddətinə uzadıb. Məhdudiyyətlərin uzadılması ilə bağlı qərar cümə günü, martın 14-də verilib və bu gün qüvvəyə minib”, – məlumatda bildirilib.