Xəbərlər

İrəvan Bakıya sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı təkliflər göndərib

“Ermənistan Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər göndərib. Müsbət cavab verilməsi halında isə onu imzalamağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.

“Biz sülh müqaviləsinin iki razılaşdırılmamış maddəsinin həllini təklif etmişik və Azərbaycandan müsbət cavab verilməsi halında, biz sazişi imzalamağa hazırıq”, – Paşinyan qeyd edilib.