İsrailin müdafiə naziri Yoav Qallant vəzifəsindən azad edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qallantın vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Əlavə detallar verilməyib.
KİV-də yayılan məlumatlara əsasən, İsrailin yeni müdafiə naziri hazırkı xarici işlər naziri İsrail Katz olacaq.