Koreya Respublikasının hərbçiləri Yaponiyanın Dokdo adaları yaxınlığında müdafiə təlimləri keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Bu gün Yapon dənizindəki adaları qorumaq üçün təlimlər keçirdik, biz bu təlimləri dövlətin ərazisini və vətəndaşların əmlakını qorumaq üçün müntəzəm olaraq keçiririk”, – məlumatda bildirilib.
Qeyd edək ki, Dokdo adaları yaxınlığında oxşar təlimlər ildə iki dəfə keçirilir.