Xəbərlər

Yonhap: Cənubi Koreya və ABŞ Yapon dənizində hərbi təlimlər keçirib

Koreya Respublikası və ABŞ Hərbi Dəniz Qüvvələri Yapon dənizində birgə təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Manevrlərin Pohanq şəhəri yaxınlığındakı sularda baş tutduğu bildirilib.

Təlimlərə amfibiya sinfinə aid olan Cənubi Koreyanın “ROKS Marado”
və Amerikanın “USS Boxer” gəmiləri də daxil olmaqla 4 gəmi cəlb olunub.