“Ukrayna nümayəndəsinin Koreya Respublikasına səfəri Seulun öldürücü silahların tədarükü ilə bağlı mövqeyinə təsir edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Prezident Administrasiyasının əməkdaşına istinadən məlumat yayıb.
“Ölkəmiz əvvəlcə xüsusi nümayəndələri dinləməlidir, sonra yardım məsələsində aydınlıq olacaq. Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika raketlərindən istifadəyə icazə verməsi fonunda ölkəmiz ABŞ-la Ukraynaya silah tədarükü məsələsini müzakirə etməyib. Koreya Respublikası və ABŞ müttəfiq kimi lazımi silahları mübadilə edə bilər, lakin mən aydınlaşdırmaq istərdim ki, heç bir qərar qəbul edilməyib, heç bir əsaslı müzakirələr aparılmayıb, xüsusən də Ukrayna ilə bağlı”, – məlumatda bildirilib.