Xəbərlər

Yonhap: Şimali Koreya Cənubi Koreya ilə sərhəddə elektrik xətlərini söküb

Şimali Koreya hakimiyyətinin Xalq Respublikası ərazisində hazırda bağlı olan Kesonq Sənaye Kompleksinə gedən elektrik ötürücü xətləri sökdüyü iddia edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Verilən məlumata görə, bazar günündən Koreya Xalq Ordusunun əsgərləri Kyonison nəqliyyat arteriyası boyunca elektrik ötürücü qüllələr arasındakı bəzi ərazilərdə elektrik xətlərini sökməyə başlayıblar.