Cənubi Koreya Respublikasının Prezidenti Yun Seok Yeol Peruda APEC sammiti çərçivəsində Çin sədri Si Cinpinlə görüşüb. O, görüşdə Pekini təhlükəsizlik sahəsində mühüm tərəfdaş adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Çin bizim bütün sahələrdə – təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və humanitar mübadilə sahələrində sıx əməkdaşlıq etdiyimiz mühüm dövlətdir. Biz Koreya Xalq Demokratik Respublikasının (KXDR) davam edən təxribatlarına, Ukraynadakı münaqişəyə və Moskva ilə Pxenyan arasında əməkdaşlığa cavab olaraq regionda sabitlik və sülhü təmin etmək üçün əməkdaşlığı inkişaf etdirməyə ümid edirik”, – Prezident vurğulayıb.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti ilə Çin Prezidenti 2022-ci ildən bəri ilk dəfə görüşüblər.