Xəbərlər

Yunanıstan Türkiyəyə təşəkkür edib

Yunanıstan ölkədəki yanğınsöndürmə işlərinə kömək etmək üçün yardım göndərən ölkələrə, o cümlədən Türkiyəyə təşəkkür edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Türkiyə, Fransa, Moldova, Rumıniya, Malta, İtaliya, Serbiya, Kipr (Yunan hissəsi), Polşa, Çexiya və Avropa İttifaqına (Aİ) Yunanıstana yanğınlarla mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirik”, – məlumatda qeyd olunub.