Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisinin ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ERT-news” telekanalı Yunanıstan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, görüş ABŞ vaxtı ilə saat 11:40-da (Bakı vaxtı ilə 19:40) başlayacaq və görüşdə xarici işlər nazirləri, Baş nazirin və Prezidentin diplomatik bürolarının rəhbərləri iştirak edəcək.
“Görüşdən sonra məsələlər qiymətləndiriləcək və inkişaf etdirilə biləcək məsələlərin dərinliyini nəzərdən keçiriləcək”, – məlumatda vurğulanıb.