Xəbərlər

Yunanıstanda 4 günlük matəm elan edilib

Yunanıstanda keçmiş Baş nazir 88 yaşlı Kostas Simitisin vəfat etməsindən sonra ölkədə 4 günlük milli matəm elan edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.

Verilən məlumata görə, mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqların 4 gün ərzində yarıya qədər endiriləcəyi bildirilib.