Xəbərlər

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.