Xəbərlər

Zaur Şükürov və İlham Əziz MİMTA Fondunun qonağı olub

Millət vəkili Zaur Şükürov ilə yazar İlham Əziz Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olub.

Fondun icraçı direktor müavini Kənan Şəbiyev, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.

Görüşdə MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. “Füyuzat” irsinin dünən və bu gün etibarilə dövlətimizin hər zaman yanında olduğu qeyd edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Sonda qonaqlar öz növbəsində MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.