Xəbərlər

Zaxarova ABŞ-ın çip ixracına qoyduğu məhdudiyyətləri tənqid edib

“ABŞ çiplərin ixracına məhdudiyyətlər qoymaqla, dağıdıcı siyasətini, proteksionist metodlarını və digər siyasi motivli qanunsuz qərarlarını davam etdirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Co Bayden administrasiyası tərəfindən yüksək texnologiyalar sahəsində tətbiq edilən növbəti məhdudlaşdırıcı tədbirlər paketi Vaşinqtonun Çinin inkişafının qarşısını almaq üçün apardığı dağıdıcı siyasətin davamıdır”, – Zaxarova bildirib.