Xəbərlər

Zaxarova: Kirillovun öldürülməsi terror aktıdır

“Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun öldürülməsi terror aktıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

“Moskvadakı terror hücumu, Kiyev rejimi yaraqlılarının illərdir təbliğ etdiyi və Qərbin hərbi cinayətlər spiralının davamıdır”, – sözçü əlavə edib.