Xəbərlər

Zaxarova Livanda baş verənləri şərh edib

“Rusiya bir neçə günlük misli görünməmiş terror kiberhücumlarından və İsrailin hava hücumlarından sonra Livanda baş verən hadisələrdən çox narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirdiyi brifinqdə deyib.

“Biz Livanda baş verən təhlükəli hadisələrdən çox narahatıq, sizə xatırladım ki, sentyabrın 19-da İsrail təyyarələri cənubda bir neçə ərazilərə silsilə şəklində kütləvi hücumlar həyata keçirib. Bundan əvvəl, iki gün ərzində, 17 və 18 sentyabrda Livan misli görünməmiş terror hücumlarına məruz qalmışdı ki, bunlar kiberhücum xarakteri daşıyırdı. Biz əminik ki, Livanda genişmiqyaslı hərbi əməliyyatların başlanması bütövlükdə Yaxın Şərqin təhlükəsizliyi üçün ən dağıdıcı nəticələrə gətirib çıxaracaq”, – diplomat bildirib.