Xəbərlər

Zaxarova: London Ukraynada gərginliyi artıran addımlardan əl çəkməlidir

Moskva Londonu Ukraynada gərginliyi daha da artıran hərəkətlərdən dərhal çəkinməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz öz geosiyasi maraqlarını həyata keçirmək üçün Ukrayna xalqını və Ukrayna dövlətçiliyini qurban verməyə çalışan Londonu misantropik rejimə dəstəyindən və vəziyyəti daha da gərginləşdirəcək istənilən hərəkətlərdən dərhal imtina etməyə çağırırıq”, – Zaxarova qeyd edib.