Xəbərlər

Zaxarova: Qəzzada münaqişənin həlli perspektivləri illüziyadır

“Fələstin-İsrail münaqişəsinin diplomatiya yolu ilə həllinin mümkünlüyü indi illüziya kimi görünür”.

“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Hərbi əməliyyatlar fonunda mülki əhalinin iztirabları artır. İnsanlar, o cümlədən BMT əməkdaşları ölür, Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün sabit kanal yoxdur”, – Zaxarova bildirib.

Zaxarova xatırladıb ki, münaqişənin eskalasiyasının lap əvvəlindən Rusiya atəşkəs rejiminin yaradılmasının tərəfdarı olub. Diplomatın sözlərinə görə, müharibəni dayandırmağın və günahsız insanların həyatına son qoyan qarşıdurmaların gələcək residivlərinin qarşısını almağın yeganə etibarlı yolu birbaşa Fələstin-İsrail dialoqu çərçivəsində siyasi tənzimləmənin bərpası üçün şərait yaratmaqdır.