Xəbərlər

Zaxarova: Rusiya Yaxın Şərqdə istənilən zorakı hərəkətləri pisləyir

“Rusiya Yaxın Şərq regionunda münaqişənin qızışdırılmasına yönəlmiş istənilən zorakı hərəkətləri pisləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Livan istiqamətində yaşananları Yaxın Şərqdə misli görünməmiş gərginliyin elementlərindən biri kimi qiymətləndiririk”, – deyən diplomat brifinqdə bildirib.

O qeyd edib: “Biz regional yanğını qızışdırmağa yönəlmiş istənilən zorakı hərəkətləri qətiyyətlə pisləyirik. Əzab çəkən hər kəsə, bu il həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, tezliklə atəşkəsin tərəfdarıyıq. Rusiya bölgədəki münaqişənin, həmçinin Livanda, eləcə də qonşu ölkələrdə baş verənlərin beynəlxalq hüquqi əsaslarla siyasi və diplomatik yolla həllinin tərəfdarıdır”.