Xəbərlər

Zaxarova: Rusiya Yaxın Şərqdəki vəziyyətlə bağlı Çin ilə daim əlaqə saxlayır

“Moskva Yaxın Şərqdəki vəziyyətlə bağlı Pekin və digər həmfikir ölkələrlə daimi əlaqə saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz çinli tərəfdaşlarımızla, eləcə də regiondakı digər həmfikir ölkələrlə daim danışırıq. İsrarla və ardıcıl olaraq bütün tərəfləri təmkinli olmağa və beynəlxalq ictimaiyyəti effektiv birləşməyə çağırırıq. BMT də daxil olmaqla, hamını ilk növbədə Qəzza zolağında axan qanın tez bir zamanda dayandırılmasına səsləyirik”, – Zaxarova bildirib.