“ABŞ-dan hərbi yardım dayandırılacağı təqdirdə Ukrayna münaqişədə məğlubiyyətə uğrayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski “Fox News”a müsahibəsində deyib.
“Yardım kəsilərsə, mən hesab edirəm ki, biz itirəcəyik. Təbii ki, yenə də mübarizə aparacağıq, özümüzün istehsal etdiyimiz silahlarımız var.
Amma bu, qazanmaq və sağ qalmaq üçün kifayət deyil. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası hərbi yardımı azaltmaq qərarına gəlsə, bu, Amerikanın seçimi olacaq və Kiyev bu barədə nə edəcəyinə qərar verəcək”, – Prezident vurğulayıb.