Xəbərlər

Zelenski “Braziliya-Çin” sülh planını tənqid edib

Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək planını tənqid edib və onu “dağıdıcı” adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Braziliya və Çinin təklifi çox “dağıdıcı”dır. Gəlin birlikdə oturaq və danışaq. Niyə birdən Rusiyanın tərəfini tutmağa qərar verdiniz?” – Zelenski Braziliyanın “Metr poles” portalına müsahibəsində deyib.