Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, müharibənin dayandırılması ilə bağlı ilk danışıqlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla olacaq. Yalnız bundan sonra Rusiya ilə danışıqlar başlaya bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə biz ilk növbədə Trampla danışacağıq. Müharibəni necə bitirə və Putini necə dayandıra biləcəyimizlə bağlı razılaşmalıyıq”, – deyə Zelenski ona cavab verib.