ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-22-də Ukraynaya səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib.
“Kelloqu gözləyirik. Onun ayın 20-də gələcəyi ilə bağlı razılaşmamız var idi, məncə, iki gün, bəlkə də daha çox Ukraynada qalacaq”, – Zelenski deyib.
Zelenski Kelloq ilə danışıqlar aparacağını da əlavə edib. Bundan başqa, ABŞ prezidentinin nümayəndəsi ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rustem Umerov arasında görüşlər nəzərdə tutulub.
“Düşünürəm ki, Kelloq Birləşmiş Ştatlara qayıtdıqdan sonra ABŞ prezidenti Donald Trampla görüşümün nə vaxt baş tutacağını anlayacağıq”, – Zelenski qeyd edib.



