Xəbərlər

Zelenski Makronla Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb, tərəflər Ukrayna ərazisinə Qərb qoşunlarının yerləşdirilməsi məsələsini növbəti dəfə qaldırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski teleqram kanalında bildirib.

“Mən bu gün Fransa prezidenti ilə danışdım. Biz Ukrayna üçün müxtəlif formalarda silah paketləri və mərmilərin alınması məsələsini müzakirə etdik”, – Zelenski əlavə edib.