Xəbərlər

Zelenski: NATO zəmanəti ilə nizamlanmaya hazırıq

“Ukrayna NATO zəmanətlərini nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik yolla həllinə aparan yol kimi görür”.

“Füyuzat”ın məlumatına görə, bunu Volodimir Zelenski amerikalı jurnalist Leks Fridmana müsahibəsində deyib.

“NATO Ukraynanın nəzarətində olan bölgələrdə fəaliyyət göstərə bilər. Bu barədə razılığa gəlmək olarmı? Əminəm ki, bəli. Bu, bizim üçün böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu əsas sayırıqsa, deməli, bu, ilk addımdır. İkincisi isə silah paketi ilə dəstəkdir”, – deyə o bildirib.