Xəbərlər

Zelenski Putinin təklifini rədd edib

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 2-də Kiyevə səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orbanın ondan xahiş etdiyi atəşkəs təklifini qəbul etməyəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski “Bloomberg”ə müsahibəsində deyib.

“Biz müharibə vəziyyətindəyik və atəşkəs haqqında bu şəkildə danışa bilmərik”, – deyə Zelenski bildirib.

Zelenski iddia edib ki, Rusiya atəşkəsdən qüvvə toplamaq və hərbi əməliyyatları bərpa etmək üçün istifadə edə bilər.

“Atəşkəs razılaşması yalnız etibarlı liderləri olan ölkələrin iştirakı ilə şəffaf beynəlxalq platformada əldə edilə bilər”, – Zelenki vurğulayıb.

Onun sözlərinə görə, atəşkəs münaqişəni donduracaq, ona son qoymayacaq, ona görə də bundan sonra nələrin olacağı ilə bağlı dəqiq plan olmalıdır.