Xəbərlər

Zelenski: Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir əlamət yoxdur

“Biz bu müharibəyə son qoymalı, ədalətli sülh üçün Rusiyaya təzyiq göstərməliyik”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Mən son günlər ərzində tərəfdaşlarım və müttəfiqlərimlə 30-dan çox məsləhətləşmələr keçirmişəm. Lakin hələ də Rusiyanın müharibəni dayandırmağa hazırlaşacağına dair heç bir əlamət yoxdur. Bizim koordinasiyalı səylərimiz, ABŞ, Avropa və sülh istəyən bütün ölkələrin birgə addımları nəticəsində, şübhəsiz ki, Rusiyanı da sülh əldə etməyə məcbur etmək olar”, – Zelenski əlavə edib.