Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni mümkün qədər tez həll etmək istəyindən danışaraq, amerikalı siyasətçinin baş verənlərdən xəbəri olmadığı üçün tələsməməyi tövsiyə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski Fransa mətbuatına verdiyi müsahibəsində bildirib.
“Tramp vəzifəyə gəldikdən sonra Ukrayna üçün dəyişikliklər qaçılmazdır. Çünki o, fərqli komandaya malik yeni prezidentdir. Bizim komandalarımız artıq Trampın komandası ilə işləyir. Ukrayna üçün həm Avropa, həm də ABŞ vcibdir. Biz heç kəsi digərindən üstün tutmuruq. Avropa İttifaqı (Aİ) bizim gələcəyimizdir”, – Zelenski əlavə edib.