Xəbərlər

Zelenski Trampı Ukraynaya səfərə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumunun nəticələrini öz gözləri ilə görə bilməsi üçün ABŞ prezidenti Donald Trampı Ukraynaya səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, “CBS News”a müsahibəsində bildirib.

“Biz sizin mövqeyinizə hörmətlə yanaşırıq. Amma xahiş edirəm, hər hansı qərar, danışıqlar planı verməzdən əvvəl gəlin və məhv edilmiş və ya ölən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, – deyə Zelenski bildirib.

O həmçinin əlavə edib ki, ABŞ bu müharibədə bitərəf qalmamalı və Tramp supergüc dövlətin lideri kimi Ukraynanı dəstəkləməlidir.