“Ukrayna yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində deyib.
“Biz ilk növbədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müharibənin dayandırılmasını müzakirə edəcəyik. Onunla razılaşırıq. Biz Avropanın bir hissəsiyik və Avropanın söz sahibi olması bizim üçün çox vacibdir”, – Zelenski əlavə edib.