Ukranya prezidenti Voldimir Zelenski və nümayəndə heyəti Türkiyəyə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Zelenskini hava limanında ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Səfər zamanı Ukraynadakı son hadisələr, digər regional və qlobal məsələlər də müzakirə olunacaq.



