Xəbərlər

Zelenski Türkiyədə silah istehsalçıları ilə görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Türkiyəyə səfəri zamanı silah istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

“Səfər zamanı müdafiə-sənaye sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək. Volodimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarına baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək”, – deyə məlumatda bildirilir.

Martın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bəyan edib ki, Zelenskinin səfəri zamanı Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi üzrə sazişin icrasının davam etdirilməsi mövzusunda təmaslarla bağlı son vəziyyət ətraflı müzakirə ediləcək. Münaqişənin həlli yolları və regionda davamlı sülhə gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi də planlaşdırılır.

Türkiyə və Ukrayna prezidentlərinin əvvəlki görüşü 2023-cü il iyulun 7-də baş tutub.