“Ukrayna Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda iştirak etmir və onların nəticələrini tanımaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bəyan edib.
“Ukrayna danışıqlarda iştirak etmir. Ukraynanın bu barədə heç bir məlumatı yox idi. Ukrayna Ukraynasız ölkəmizlə bağlı istənilən danışıqları nəticəsiz hesab edir. Biz olmadan bizimlə bağlı heç bir razılaşmanı tanıya bilmərik. Belə razılaşmaları tanımayacağıq”, – Zelenski qeyd edib.
Zelenski həmçinin əlavə edib ki, onun Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq səfəri fevralın 18-də Rusiya-Amerika görüşü ilə bağlı deyil: “Bunun ABŞ və Rusiya nümayəndələri səviyyəsində Səudiyyə Ərəbistanında baş verənlərlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, mən Səudiyyə Ərəbistanında olarkən Əlahəzrət Şahzadə Məhəmməd bin Salmandan bu barədə nə bildiyini soruşacağam. Ancaq sadəcə maraqlı olduğu üçün”.



