Xəbərlər

Zelenski Ukraynada hərbi vəziyyətin müddətini uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak deyib.

“Zelenski 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-nə kimi hərbi vəziyyət və ümumi səfərbərlik müddətini 90 gün uzadacaq qanunları imzalayıb”, – Jeleznyak bildirib.

Qeyd edilib ki, hərbi vəziyyət 13-cü dəfədir imzalanır.