“Meta” korporasiyasının sahibi Mark Zukerberq etiraf edib ki, Bayden administrasiyasının təzyiqi ilə sosial şəbəkələrindəki məzmuna senzura tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” Zukerberqin ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana ünvanladığı məktuba istinadən məlumat yayıb.
“Meta”nın sahibi ABŞ Nümayəndələr Palatasının ədliyyə komitəsinin sədri Cim Cordana ünvanladığı məktubda qeyd edib ki, o, öz platformasında Co Baydenin oğlu Hanter Baydenin narkotik ticarəti ilə əlaqəsi olduğu barədə olan informasiyaların yayılmasına mane olub.
O, həmçinin Ağ Evin təzyiqi ilə COVID-19 ilə bağlı “Meta”nın kontentinə senzura tətbiq etdiyini təsdiqləyib. Zukerberq eyni zamanda hökumətin təzyiqini “səhv” adlandırıb və bunun təkrarlanacağı təqdirdə cavab verəcəyini deyib.