Avropa İttifaqına (Aİ) üzv ölkələr Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçidini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ Şurası üzv ölkələrin maliyyə nazirlərinin ortaq bəyanatında qeyd edilib.
Bəyanatda deyilir: “Aİ Şurası bu gün Bolqarıstanın 2026-cı il yanvarın 1-də avroya keçməsi üçün tələb olunan son üç hüquqi tədbiri qəbul edib”.