“Ukrayna Avropa İttifaqına (Aİ) daxil olmaq üçün heç bir kriteriyaya cavab vermir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya üçün Alternativ (AfD) fraksiyasının xarici siyasət üzrə eksperti Şteffen Kotre bildirib.
“Biz Aİ-nin Gürcüstanın, Moldovanın işlərinə necə qarışdığını və Ukraynanı özünə tərəf çəkdiyini görürük. Aİ sol-liberal ideologiyanı təbliğ edən siyasi kluba çevrilib. Demokratların rəğbətinə təsir etmək üçün hətta ABŞ-ın daxili siyasətini nəzərə alaraq sanksiyalar və tariflər tətbiq edilir. Bu, artıq iqtisadiyyat deyil, bu, ideoloji təsir uğrunda mübarizədir, vətəndaşların və ayrı-ayrı ölkələrin maraqlarına ziddir”, – Kotre qeyd edib.



