Xəbərlər

Avstraliya səfirliyi Cənubi Koreyadakı vəziyyətlə əlaqədar vətəndaşların qəbulunu dayandırıb

Avstraliyanın Seuldakı səfirliyi vətəndaşların qəbulunu dayandırıb və Koreya Respublikasındakı həmvətənlərini diqqətli olmağa və insanların sıx toplaşdığı yerlərə getməməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Cənubi Koreyada vəziyyət daxili siyasi hadisələrə görə dəyişir. Nəqliyyatda və digər əsas xidmətlərdə fasilələr mümkündür. Avstraliyanın Seuldakı səfirliyi açıqdır, lakin şəxsi səfərlər mümkün deyil. Sizin və ya başqa bir avstraliyalının təhlükəsizliyi ilə bağlı ciddi narahatlığınız varsa, təcili yardım üçün Xarici İşlər Nazirliyinin Konsulluq Mərkəzi ilə telefonla əlaqə saxlayın”, – diplomatlar xəbərdarlıq edib.